Ana səhifə / Aktual / Aleksandr İsgəndəryan: “Facebook” qəhrəmanları hələ anlamır ki, Moskva indi ancaq xəbərdarlıq edir..”

Aleksandr İsgəndəryan: “Facebook” qəhrəmanları hələ anlamır ki, Moskva indi ancaq xəbərdarlıq edir..”

Ermənistanda fəaliyyət göstərən Qafqaz institutunun direktoru, politoloq Aleksandr İsgəndəryan Rusiya-Ermənistan münasibətlərində problem yarandığını və Moskvanın rısmi İrəvanın ziyanına daha qəti qərarlar verə biləcəyini söyləyib.

“Bu addımlar müxtəlif sahələrdə, Ermənistanla hərbi əməkdaşlıq, Azərbaycanla münasibətlərdə, Qarabağ məsələsində atıla biər. Əgər bu son 3-4 ada ciddi eskalasiya baş verməyibsə, bu, Ruisiyanın sayəsində olub. Eyni şeyi təbii qazın qiyməti, Ermənistanla iqtisadi əməkdaşlıq haqqında da demək olar”,- İsgəndəryan bildirib.

Politoloqun firkincə, Ermənistanda vəziyyyətin ciddiliyini anlayan azdır: “Feysbuk analitikləri və politoloqları, deyəsən, bütün olanları yaxşı dərk etmirlər. Üstəlik, Rusiyanı Hindisytanla əvəz etmək kimi gülünc statuslar yazırar. Lakin situasiya tamamilə aydındır. Ermənistan elitasında yaxşı başa düşürlər ki, (yeri gəlmişkən, bunu baş nazirin davranışlarından da görmək mümükndür) Rusiya ilə işi təkcə prezidentlə görüşlə məhdudlaşdırmaq metodolojik olaraq düzgün deyil”.

İsgəndəryanın sözərinə görə, Ermənistan hələlik xəbərdarlıq səviyyəsində siqnallar alır: “Bunlar hələ ki, xəbərdarlıqdır. Görünür, Rusiya burada baş verənlərdən həqiqətən narahatdır”. (Musavat.com)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …