Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / 190 azərbaycanlı Alanyada villa alıb – QİYMƏTLƏR

190 azərbaycanlı Alanyada villa alıb – QİYMƏTLƏR

“Ötən il 47 azərbaycanlı Türkiyənin turizm bölgəsi olan Alanya şəhərində mülk alıb”. Modern.az-ın məlumatına görə, bunu Alanya ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Alanya şəhərində 190 azərbaycanlının evi var. M.Atalay qeyd edib ki, Alanya şəhərində evlərin qiyməti 30 min avrodan başlayır.

“Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Qiymətlər 30 min avro ilə 1 milyon avro arasında dəyişir. Eyni zamanda qeyd edim ki, Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibdir. Bundan əlavə, 40 min xarici vətəndaşın da Alanyada evi var”.

Alanyanın turizm imkanlarından söz açan M. Atalay vurğulayıb ki, il ərzində Alanyaya 4 milyona yaxın turist gəlir.

“Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …