Şənbə , May 25 2019
Ana səhifə / Aktual / 19 yaşlı qız toyundan qabaq polisə qoşulub qaçdı

19 yaşlı qız toyundan qabaq polisə qoşulub qaçdı

Şabranda 19 yaşlı qız toy ərəfəsində polis serjantı ilə qoşulub qaçıb. Özü də qızın toyu olacaqmış…

24 yaşlı polis serjantı Röyal Şıxveyisovla 19 yaşlı həmkəndlisi Ayişə Poladovanın sevigisi uşaqlıqdan başlayıbmış. Amma qızın valideynləri onu Röyala yox, Rusiyada yaşayan xalası oğluna ərə verməyə hazırlarşırmış.

Qız toyu olan, cehizləri ər evinə yola salınan Ayişə isə oğlan toyuna bir neçə gün qalmış valideynlərin qərarının əksinə çıxaraq öz sevgilisi Röyalla qaçmaq qərarına gəlib.

Ayişənin anası qızının bu addamından narazı görünsə də sonda ona yalnız xoşbəxtlik arzulayır.

Qızın anası Alidə Zəkiyeva deyir ki, Ayişə onu istəyib gedib, öz həyatıdır.

Ayişənin anasından fərqli olaraq Röyalın anası Sevda Şıxveyisova gənclərin qərarından məmnun görünür. Artıq valideynləri onlara toy da edib və gənclərin nikahı rəsmiləşdirilib: “Gözüm üstə yeri var, hazırda onlar xoşbəxtdir. Qız sevdiyi üçün oğluma qoşulub qaçıb. Təbii ki, qız sevməsəydi qaçmazdı”.

Qaldı ki Ayişənin tərk edib gəldyi xalası oğluna, onun üçün də bu hadisə yaxşı sonluqla bitib. Belə ki, onun da öz sevdiyi var imiş, artıq həmin xanımla evlənib.

Valideyn müdaxiləsinin nəticəsini gənclər son anda olsa, belə xoşbəxt məcraya dəyişə biliblər (ANS TV).

Həmçinin oxuyun

Novosibirskdə Nəsiminin 650 illiyi qeyd olundu – VİDEO

Rusiya Azərbaycanlıları İttifaqına daxil olan Novosibirsk Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər …

Bir cavab yazın