Ana səhifə / İranda terror aktı: ölənlər var

İranda terror aktı: ölənlər var

ran polisinə qarşı terror aktı həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Serbaz şəhərində yola qoyulmuş minanın partlaması nəticəsində polis maşınında olan 3 polis ölüb.

İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin təhlükəsizlik rəsinin müavini Əli Əsgər Mir Şikari əyalətin Pakistan sərhədindəki Serbaz mahalında səhər saatlarında patrula çıxan polis maşının minaya düşməsi nəticəsində bir polisin də yaralandığını deyib.

Əli Əsgər qeyd edib ki, təhlükəsizlik qüvvələri bölgədə həyata keçirdiyi əməliyyatda terrorçu olduğu iddia edilən 1 nəfəri öldürüb, 4 nəfəri isə saxlayıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın