Ana səhifə / Aktual / Türkiyədə itən müğənni Bakıya gəlib? – Tapana 100 min veriləcək

Türkiyədə itən müğənni Bakıya gəlib? – Tapana 100 min veriləcək

Altı gün əvvəl İstanbuldan Antalyaya tətilən gedən müğənni Metin Zor itkin düşüb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  iyunun 20-si “06 KA 1279” markalı maşınla Gömbü yaylasına gələn və kamp quran Metin daha sonra Kaş və Muğlaya gedib.  

Hazırda 43 yaşlı ifaçı ilə əlaqə kəsilib. Bundan narahat olan xanımı Evin Doğan Kor polisə müraciət edib. Axtarışlar zamanı müğənninin qurduğu çadırı tapmaq mümkün olub.

Metin Zorun Azərbaycana gəldiyi də ehtimal olunur. Bu barədə aparıcı Elgiz Əkbər instaqram səhifəsində məlumat yayıb.  O, Metinin şəklini paylaşaraq belə şərh yazıb:

“Diqqət, dostlar şəkildə gördüyünüz bu şəxs Türkiyə vətəndaşıdır, itkin düşüb. Ailəsi ehtimal edir ki, Azərbaycanda ola bilər. Ata-anası görənlərdən xahiş edir ki, xəbər versinlər.  Tapan şəxsə 100 min veriləcək. Görmüsüzsə, pula görə yox, insanlıq xatirinə xəbər verək”.

“Qafqazinfo” hadisənin təfərrüatını öyrənmək üçün E. Əkbərlə əlaqə saxlayıb.  O, İstanbulda yaşayan aktyor dostunun ona məlumat verdiyini bildirib:

“Bir neçə il bundan əvvəl İstanbulda aktyorluqla bağlı kursa getmişdim. Həmin dostumla da orada tanış olmuşam. Mənə məlumat göndərdi ki, Metin Zor hər dəfə danışırdı ki, Türkiyədə ona qiymət vermirlər, Bakıya gələcək. Musiqiçinin valideynləri də ehtimal edir ki, hansısa yolla Bakıya gəlib”.



Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …