Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb – Video

Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb – Video

Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

“Qafqazinfo” tanınmış jurnalist Xaqani Səfəroğlunun mərhum məmurla bağlı paylaşdığı maraqlı məlumatı təqdim edir:

“Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan “Eskulap”da gitara ifa edib.

Məşhur “Gün keçdi” filmindən fraqment.. Filmdə unudulmaz “Bir axşam taksidən..” mahnısının caz variantını 60-cı illərdə populyar olan “Eskulap” qrupu ifa edir.

Fotoda “Bitlz” qrupunun üzvlərinə oxşayan bu cazibədar bas -gitaraçı oğlan Abbas Vəlibəyovdur.

Allah rəhmət eləsin!”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …