Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual /  170 MİN DOLLARI “ATAN” KOMİTƏ SƏDRİ KİMDİR? – SENSASİYAYA SƏBƏB OLACAQ MƏHKƏMƏ BAŞLAYIR…

 170 MİN DOLLARI “ATAN” KOMİTƏ SƏDRİ KİMDİR? – SENSASİYAYA SƏBƏB OLACAQ MƏHKƏMƏ BAŞLAYIR…

“İcra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu”

Azərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır. Modern.az saytının xəbərinə görə, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb 170 min dollarını alıblar.

“Çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”,-deyə vəkil Adəm Məmmədov bildirib.

Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycanda yeganə qadın komitə sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın