Çərşənbə , Aprel 24 2024
Ana səhifə / 150 min manatlıq təzə avtobusları kim bu günə qoydu…

150 min manatlıq təzə avtobusları kim bu günə qoydu…

aft– Oturacaqları niyə sökmüsünüz?
– Bizə belə deyiblər.
– Kim deyib?
– İşimi itirmək istəmirəm. Amma onu deyə bilərəm ki, oturacaqların sökülməsində məqsəd avtobusa daha çox sərnişin götürə bilməkdir.
Bakıda fəaliyyət göstərən 88 saylı marşurutun sürücüsü (işini itirməkdən qorxduğuna görə adını açıqlamadı) ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirdi ki, əlillər üçün nəzərdə tutulan oturacaqların sökülməsində onun heç bir günahı yoxdur.
Bəs dövlətin gətirdiyi 150 min manatlıq avtobusların oturacaqlarının mişarla kəsilməsinə kim cürət edir? Əlillərin hüquqlarını əllərindən kim alır və onlara qarşı bu cinayəti kim və ya kimlər törədir?
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirdi ki, adi sürücü öz qərarı ilə dövlətin verdiyi avtobuslarda zərrə qədər də olsun dəyişiklik edə bilməz. Ekspertin sözlərin görə, oturacaqların kəsilməsinə qərarı sahibkar verib.
“Bir neçə il bundan əvvəl Bakıda fəaliyyət göstərən avtobus xətlərində dəyişiklik edildi. Müəyyən avtobuslar “istismara yararsızdır” adı ilə xətdən çıxarıldı. Bu isə avtobuslarda insan tıxacının yaranmasına səbəb oldu. Ona görə də sahibkarlar çalışırlar ki, avtobuslara daha çox sərnişin götürülə bilsin. Əlillər üçün nəzərdə tutulan oturacaqlar da bu üzdən ləğv edilib. Çünki həmin oturacaqların yerində əlavə 5,10 nəfər sərnişini ayaq üstə aparmaq mümkündür. Bu oturacaqlar heç bir başqa məqsədlə çıxarıla bilməz. İnanmıram ki, sürücü rəhbərliyin xəbəri olmadan bu oturacaqları kəsib götürsün. Çünki avtobus sürücünün əmlakı deyil. Çox bahalı avtobuslar olduğundan bu əmlaka heç imkanlı sürücü də bilərəkdən zərər vura bilməz. Bunun arxasında mütləq həmin avtobusun sahibkarı dayanır” – deyə M.Rüstəmov bildirdi.
Ekspert deyir ki, əgər həmin sahibkar sərt şəkildə cəzalandırılmasa, bu özbaşınalıq davam edəcək.
“Dövlət əmlakına ziyan vurduğuna görə, sahibkar haqqında cinayət işi qaldırılmalı, intizabi xətalar məcəlləsinə uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdır. Bizim çox gözəl qanunlarımız var. Amma təəssüf ki, icra olunmur. Həmin sahibkarın avtobusu bir mənalı olaraq xətdən çıxarılmalı və xəttə qaytarılmamalıdır. Avtobusun xətdən çıxarılması sahibkar üçün böyük cəzadır. Çünki çox böyük məbləğdə pul itirəcək. Bu isə digər sürücülərə də dərs olacaq. Yox, əgər həmin sahibkarla sövdələşmə edilərsə, məsələn, tutduğu əmələ görə, Nəqliyyat Nazirliyinin əməkdaşlarına müəyyən məbləğdə pul ödəyərsə və nəticədə cəza almazsa, bunun heç bir nəticəsi olmayacaq” – deyə ekspert bildirdi.
Artıq Nəqliyyat Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə bildirdi ki, bu barədə məlumat yayılan kimi araşdırmalara başlanılıb. Məlum olub ki, belə qayda pozuntusu təkcə 88 saylı xətt avtobusunda deyil, digər avtobuslarda da qeydə alınıb. Araşdırmaların nəticəsindən sonra isə həm sahibkar, həm də sürücülər cəzalandırılacaq. Artıq avtobus sürücülərinə xəbərdarlıq olunub. Oturacaqları sökülən avtobuslar cərimə meydançasına aparılacaq və həmin avtobus istismara yararsız hesab olunacaq. Araşdırmaların isə yaxın vaxtlarda tamamlanacağı bildirilir.
Ümid edirik, əllillərə qarşı hörmətsizlik edən, dövlətin əmlakını heçə sayan şəxs və ya şəxslər layiqli cəzasını alacaq.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın