Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / 15 sentyabrda amerikalılar türklərlə yallı getdi- Gözlənilməz (FOTOLAR)

15 sentyabrda amerikalılar türklərlə yallı getdi- Gözlənilməz (FOTOLAR)

Ameriakda “Çikaqo türkləşir” devizi ilə Türk festivalı keçirildi… 
Türkiyə-ABŞ münasibətlərinin gərgin olaraq qaldığı bir vaxtda Çikaqoda- Amerikanın 3-cü böyük  şəhərində 15-ci dəfə Türk festivalı təşkil olunub. Moderator.az yazır ki, bu haqda “Anadolu” Xəbər Agentliyi informasiya yayıb.
Şənbə günü – sentyabrın 15-də  Bakıda Azərbaycan və Türkiyənin Qurtuluş gününü qeyd etdiyi bir vaxtda Çikaqonun Daley meydanında keçirilən festival ABŞ və Türkiyənin milli himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları Türkiyə mədəniyyəti ilə tanış olub, türk mətbəxinin ləziz xörəklərindən dadıblar.  Festivalın bu ilki mövzusu “Çikaqo türkləşir” şüarı seçilib.
Türk-Amerikan Mədəniyyət Alyansının  (Turkish American Cultural Alliance Chicago / TACA) rəhbəri İlqaz Ülgər və Çikaqo meriyası rəsmilərinin çıxışlarından sonra Türkiyənin  Çikaqo Baş konsulu Umut Acar izdihama səslənərək festivalın həyata keçirilməsində zəhməti olanlara təşəkkürünü çatdırıb.
Açılış proqramından sonra “Anadolu” müxbirinə müsahibə verən Acar Türkiyənin və Türk mədəniyyətinin Çikaqoda tanıdılmasına görə özünü xoşbəxt hiss etdiyini bildirib.
Acar təqdim olunan yeməklərdən dadan  amerikalıların festivala böyük maraq göstərdiklərini söyləyib. Türkiyəli baş konsul Türk icmasının uzun zamandır Çikaqoda əhəmiyyətli bir rol qazandığını qeyd edərək bunun Çikaqo xalqının və rəhbərliyinin fərqli etnik qruplara, mədəniyyətlərə olan xoş münasibətinin nəticəsi olduğunu vurğulayıb.
Meydanda açılan stendlərdə Türk əl sənəti əsərləri də nümayiş etdirilib. Türk mədəniyyəti, folkloru, musiqisi və əl sənəti əsərlərinin, milli geyimlərdən nümunələrin sərgiləndiyi festivaldakı rəqslər və dəfilələr də böyük marağa səbəb olub.
Türk rəqqaslarının dəvəti ilə səhnəyə çıxan bəzi amerikalıların davul-zurnanın müşayiəti ilə yallı getmələri rəngarəng səhnələr yaradıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …