Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / 15 erməninin yandığı “hərbi hissə” azərbaycanlının evi olub – VİDEO

15 erməninin yandığı “hərbi hissə” azərbaycanlının evi olub – VİDEO

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …