Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / Aktual / 15 erməninin yandığı “hərbi hissə” azərbaycanlının evi olub – VİDEO

15 erməninin yandığı “hərbi hissə” azərbaycanlının evi olub – VİDEO

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.

Həmçinin oxuyun

Azərbaycan ordusu Xankəndinin bir addımlığında – VİDEO

Azərbaycan Qarabağda yaşanan növbəti qanunsuluğa özü son qoyub. Ordumuz buna Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından …