Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / 145 saylı məktəbdə qalmaqal – Valideynlər nazirliyinin işdən çıxarmaq istədiyi direktorun müdafiəsinə qalxdı

145 saylı məktəbdə qalmaqal – Valideynlər nazirliyinin işdən çıxarmaq istədiyi direktorun müdafiəsinə qalxdı

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Bakının Nizami rayonunda yerləşən 145 saylı orta məktəbdə ciddi narazılıq yaranıb. Buna səbəb kimi, Təhsil Nazirliyinin məktəbə yeni direktor təyin etmək istəməsi göstərilir. Bizə verilən məlumatda bildirilir ki,  valideynlər məktəbin hazırkı direktoru Laləndər Hasilovanın öz vəzifəsində qalıb işləməsini istəyir. Qeyd edək ki, hazırkı direktor müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından keçdikdən sonra rəhbər vəzifəyə təyin edilən savadlı və rüşvətə qarşı olan kadr kimi xarakterizə olunur.  Əldə etdiyimiz məlumata görə, hazırda bir qrup valideyn məktəbin həyətinə toplaşaraq direktoru sona qədər müdafiə etmək niyyətində olduqlarını bildirilər. Mövzu ilə bağlı daha ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, xəbərin dərcindən sonra, sözügedən məktəbin Valideynlər Komitəsi adından redaksiyamızla əlaqə saxlayan Rəna Verdiyeva doğrudan da, narazı olduqlarını bildirdi və bizdən xahiş etdi ki, onun fikirlərini olduğu kimi çatdıraq. Rəna xanımın sözlərinə görə, yeni dərs ili başlayanda onlar məktəbdə fərqli mənzərə ilə rastlaşıblar: \”Gəldik, gördük ki, direktor yerində yoxdur. Hazırda dəqiq informasiyaya malik deyilik. Deyillər ki, onun iş yerini başqa məktəbə dəyişiblər. Hazırda direktoru əvəz edən  adamı da biz tanımırıq. Ancaq bütün valideynlər Laləndər xanımın geri dönməsini istəyir. Çünki o məktəbə direktor təyin ediləndən sonra, təhsil ocağında rüşvət tam yığışdırıldı. Çox ideal, bizi razı salan bir atmosfer hökm sürürdü. Biz valideynlə bu qərarı düzgün hesab etmirik, və  sevimli direktorumuzun öz vəzifəsinə qaytarılması ilə bağlı sona qədər mübarizə aparacayıq\”.
Mövzu ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın