Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / 14-cü polis bölməsinin əməkdaşlarından konkret fakta görə ŞİKAYƏTƏ ƏSAS VAR İDİMİ…

14-cü polis bölməsinin əməkdaşlarından konkret fakta görə ŞİKAYƏTƏ ƏSAS VAR İDİMİ…

Pandemiya ilə mübarizə dövründə polis əməkdaşları ilə ictimaiyyət nümayəndələri arasında rast gəlinən əsas mübahisə mövzusu qayda pozuntusu ilə bağlı cərimələr və vətəndaşların zəruri hallarda bölmələrə gətirilməsi ilə bağlı olur. 

Bu günlərdə Sabunçu rayon 14-cü polis bölməsinə gətirilmiş bir vətəndaşın bəzi internet resurslarında yayılmış şikayəti də bununla bağlı xarakterik bir nümunə kimi diqqətimizi çəkdi və kiçik araşdırma aparmalı olduq. 14- cü bölmənin əməkdaşlarından şikayətlənən vətəndaş iddia edir ki, polis əməkdaşları onu insanların olmadığı bir yolda maskasız olduğu üçün saxlayaraq cərimə ödənişi üçün bölməyə gətiriblər. Cərimə ilə bağlı vətəndaşların polis bölmələrinə dəvət edilməsi ümumi xarakter daşıyır və 14-cü bölmənin rastlaşdığı vəziyyətlə yəqin bütün başqa bölmələr də tanışdılar.

Hüquqşünaslarla apardığımız müzakirələrin nəticələrinə görə cərimələrlə bağlı polis orqanları əleyhinə iddia və şikayət səsləndirən vətəndaşlar heç də həmişə haqlı olmurlar və qanun keşikçilərinə qarşı qeyri-obyektiv davranırlar.

Hüquqşünasların sözlərinə görə, polis orqanlarına dəvət edilmə və ya gətirilmə faktları qanunsuz davranışlarla və ya yersiz güc tətbiqi ilə müşayiət olunursa, burada şikayət üçün əsaslar olduğu barədə danışmaq olar. Ancaq konkret halda 14-cü bölməyə dəvət edilmiş vətəndaşa qarşı belə hərəkətlərə yol verilməyibsə polislərin mısuliyyətindən danışa bilmərik. O ki qaldı maskasız evdən çıxmağa görə vətəndaşların məsuliyyətinə , burada onu deməliyik ki, hazırkı normalara görə bütün qapalı və ya açıq ictimai yerlərdə maska taxılması məcburidir və bu pozuntuya görə vətəndaşlar bütün hallarda məsuliyyət daşıyır. 

O cümlədən də 14-cü bölməyə gətirilməsindən şikayət edən vətəndaş. Maska taxmamağa görə cərimənin ödənişi üçün vətəndaşların bölmələrə dəvət edilməsində də qanunsuz bir şey yoxdur. Çünki əgər vətəndaşın hadisə yerində cərimə ödəməsi mümkün deyilsə, qaydaya görə, bu halda o, bölmələrə dəvət edilir, onunla söhbət aparılır və müvafiq rəsmi ödənişdən sonra buraxılır.

Pandemiya pozuntularına görə cərimələrin yerində və ya müvafiq bölmələrdə ödənişi həyata keçirilməsə ümumiyyətlə xaos yaranar, hər kəsə ödəniş etməli olduğu barədə rəsmi arayış yazıb buraxmaq olmaz ki?! Bu halda heç kim ödəniş etməz və pozuntu halları daha böyük təhlükəyə çevrilər. Sonda hüquqşünaslar vətəndaşlara bir daha müraciət edərək xüsusilə karantin qaydaları ilə bağlı hamını polis orqanlarının davranışlarına dəqiq yanaşmağa çağırdı.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …