Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / 124 yaşlı Bərdə sakini səs verdi

124 yaşlı Bərdə sakini səs verdi

Azərbaycanın ən yaşlı seçicisi səs verib.

Üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 17 kötükcəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. O, səsverməyə ailə üzvləri ilə birgə gəlib: “Qabaqcıl qpambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 124yaşda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”

Qeyd edək ki, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1136-nin yaşı 80-100 arası, 10 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …