Ana səhifə / Aktual / 12 yaşlı uşaq intihar etdi – Ailəsi məktəb forması ala bilmədi…

12 yaşlı uşaq intihar etdi – Ailəsi məktəb forması ala bilmədi…

Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.

İsmayılı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Əsədov Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.

Ailəni tanıyan şəxsin “Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın