Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / 11 apreldə “yürüyən tabut”u çiyinlərinə alan olacaqmı?

11 apreldə “yürüyən tabut”u çiyinlərinə alan olacaqmı?

Ölkə prezidenti İlham Əliyevin 11 aprel 2018-il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması istər ölkə daxilində, istərsə də ölkədən kənarda ciddi rezonansa səbəb olub. Əslində ölkə daxilindəki qüvvələrin narahatçılığı anlaşılandır. Təkcə hakim Yeni Azərbaycan Partiyasının deyil, ölkədəki əsas siyasi güclərin vahid namizədi olan İlham Əliyevin qarşısına çıxaracaq namizəd tapa bilməyən şər-şəbədəçi qüvvələr düşünürdülər ki, 2018-ci il prezident seçkilərində, bəlkə hakimiyyətin namizədi dəyişə və onlar da istənilən halda hakim partiya qarşısında məğlubiyyətlərinə yeni don geydirə bilələr.Amma yenə də yanıldılar. Ötən seçkilərə Cəmil Həsənlini namizəd olaraq önə çıxararaq həzimətə uğradıqlarının fərqində olan qərbin “balaq”ları bu dəfə də məğlubiyyətlərini görürlər.

Ötən prezident seçkilərində Milli Şura (MŞ) adlı ittifaqda birləşən qüvvələrin əsas şüvənçisi mərhum prezident Əbülfəz Elçibəyə xəyanət etmiş Yurdun başçəkəni Əli Kərimli, demək olar ki, ölkə prezidentinin imzaladığı sərəncamdan pəjmürdə olub. Əli Kərimli gözəl anlayır ki, artıq bitib-tükənib. Siyasi cəsəd statusunu qoruduğunu dərk edən Kərimli onun namizədliyini Milli Şuradakı “payokçular”ının irəli sürməyəcəyini anlayır. Bunun qeyri-mümkün olduğunu bildiyi kimi, eyni zamanda YURDUN yeriyən “tabut”u başa düşür ki, onu çiyinlərinə alacaq, onu qəbul edəcək siyasətçilər və siyasi qüvvələr mövcud deyil. Elə MŞ-dan kənarda qalan siyasi müxalifətin, daha doğrusu, Musavat Partiyasının qeyri-rəsmi lideri İsa Qəmbərin heç bir zaman bu yürüyən tabuta yol verməyəcəyi aşikardı. Çünki, İsa bəy Əli Kərimlinin necə bir oyunpozan olduğunu və istənilən mərhələdə Kərimlinin ona badalaq gələ biləcəyini bilir. Lalə Şövkət zatən Əli Kərimlinin illərdir yalançı və möhtəkir olduğunu görür; odur ki, iylənmiş tabuta çiynini uzatmayacaq. Didərgin, mühacir Maqnat Rəsul Quliyevin imkanı olsa, YURDUN yürüyən “tabutu”nu özü torpağa basdırar və basdırmadan öncə SİDRKAFİRİ elə vurar ki, bir daha iylənməsin. KXCP sədri Mirmahmud Mirəli oğlu da “Ya cəddim”, deyib namizədliyini açıqlayıb. Amma onun irəliləyən günlərdə, yəni namizədlərin rəsmi olaraq Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınması ilə KXCP sədrinin İsa Qəmbərin xeyrinə geri çəkiləcəyi istisna edilmir. Qalır Milli Şuranın “Dəfşirmiş” ledisi Gültəkin Hacıbəyliyə, İlqar Məmmədova görə, hələlik həbsdəki gizli liderinin istəyi üzərinə “yürüyən tabut”un iy-qoxusunu çəkməyə məcburdur. İlqar Məmmədov nə źaman desə ki, “tabut”dan uzaqlaş, o zaman Hacıbəyli də Kərimlinin yanından uzaqlaşacaq.Yəni bütövlükdə Azərbaycanda siyasi abu-havaya diqqət yetirsək, ortaya çıxan mənzərə göz önündədir: istənilən seçki prosesində İlham Əliyev bu günə kimi xalqın qarşısında xidmətlərinə görə yüksək səs çoxluğu ilə seçkilərin qalibi olacaq. Hətta qərbin müxtəlif seçki texnoloqları belə etiraf edirlər ki, İlham Əliyev 2003-cü ildən bu yana hakimiyyətdə olduğu illər ərzində, istər sosial, istər iqtisadi, istərsə də ölkənin ümumi maraqları naminə mütərəqqi addımların atılmasına yönəlik mühüm lahiyələrə imza atıb; bölgədə və dünyada Azərbaycanın nüfuzunun artması naminə ortaya qoyduğu iradəsi, bütün göstəriciləri ilə xalqın maraqlarını təmin edib. Azərbaycanda insan haqlarının qorunması, əhalinin rifah halının yaxşılaşdırılması,1 milyondan çox qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində dövlət hesabına həyata keçirilməsi,ordu quruculuğu istiqamətində daha irəliyə yönəlik proqramların icrasına nail olunması bu mərkəzlər tərəfindən İlham Əliyevin vahid lider kimi qarşısına çıxacaq rəqiblərinə meydan buraxmaması üçün mühüm amil hesab edilir. Təbii ki, Qərbin Azərbaycanda İlham Əliyevin həyata keçirdiyi beynəlxalq və regional lahiyələrini, əhalinin sosial-iqtisadi maraqlarına xidmət edən proqramlarını görməzdən gələn və daha çox Azərbaycanda öz maraqlarını güdən qüvvələr istənilən halda Kərimli kimi “Yürüyən tabutlar”ı vasitəsi ilə şər və şəbədə maşınlarını işə salacaqlar. Bütün şər maşınlarının niyyətləri isə həmişəki kimi nəticə verməyəcək.

Nahid Canbaxışlı

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …