Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / 100 MƏHKUM PREZİDENTƏ MÜRACİƏT ETDİ– “CƏBHƏNİN ƏN QAYNAR NÖQTƏSİNDƏ DÖYÜŞMƏYƏ HAZIRIQ…” – İMZALAR

100 MƏHKUM PREZİDENTƏ MÜRACİƏT ETDİ– “CƏBHƏNİN ƏN QAYNAR NÖQTƏSİNDƏ DÖYÜŞMƏYƏ HAZIRIQ…” – İMZALAR

Penitensiar Xidmətin  ciddi rejimli 11 saylı cəzaçəkmə müəssisəsində  saxlanılan 100 nəfər məhkum Azinforum.az İnformasiya Portalına göndərdikləri müraciətdə Ali Baş Komandan İlham Əliyev cənablarından yerdə qalan cəzalarını sonradan çəkmək şərtilə cəbhənin ən qaynar nöqtəsində döyüşə getməyə hazır olduqlarını bildiriblər. Məktubda qeyd edilir ki, məhkumlar Ordumuzun cəbhədə qazandığı  son uğurlardan məmnun olublar. Həmçinin xatırladılır  ki, məktuba imza atan 100 məkumun hər biri ordu sıralarında qulluq keçmiş, döyüşə yararlı vətəndaşlardı. Onların arasında peşəkar zabitlərin də olduğu bildirilir.

Azinforum.az həmin müraciətin fotolarını  təqdim edir.

 

s1

S2

s3

s4

s5

 

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …

Bir cavab yazın