Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / 100-ə qədər yerli və xarici kanal telefonunuzda – “Nar TV”

100-ə qədər yerli və xarici kanal telefonunuzda – “Nar TV”

“Nar” “BakuTel-2018” – 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib.

Azinforum.az  xəbər verir ki, “Nar”ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV – “Nar TV” və “Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib, son yeniliklər əyani göstərilib. Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqi telefonlara və ya tabletlərə yüklənməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda, eyni zamanda istənilən saatda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər.

Üstünlüklərdən biri də “Nar TV” tətbiqini yükləyən istifadəçilərin idman, əyləncə, uşaq, film, xəbər kanallarına 1 ay ərzində pulsuz baxa bilmələridir. Media nümayəndələrinə “Nar TV”nin üstünlükləri barədə ətraflı məlumat verilib və yenə də əyani göstərilib.

Mətbuat konfransında “Nar”ın sərgidə təqdim etdiyi digər məhsul – “Nar Wi-Fi” haqqında da məlumat verilib. Bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq işə düşür. 30-dan artıq cihaz eyni anda internetə qoşula bilir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

Daha sonra media nümayəndələri “Nar” stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyanı tanış olublar.

Qeyd edək ki, “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97 faizini əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə xidmət göstərir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …