Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “10 noyabr razılaşmasından imtina etmək haqqı yaranıb və siyasi rəhbərlik hərəkətə keçməlidir” – YYP

“10 noyabr razılaşmasından imtina etmək haqqı yaranıb və siyasi rəhbərlik hərəkətə keçməlidir” – YYP

Yeni Yol Partiyası bəyanat verib.

Bəyanatda qeyd edilir ki, 10 noyabr razılaşmasından imtina edilsin: “İyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Azərtac-ın müxburi Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Rayon İcra Hakimiyyəti başçısının kənd dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlətinin iştirakı ilə bağlanmış Kapitulasiya müqaviləsindən sonra Azərbaycan tərəfi Ermənistandan dəfələrlə minaların xəritələrini tələb etsə də, Ermənistan bundan imtina etmişdir. Bütün olanlar bunu göstərir ki, verilən yüzlərlə bəyanata baxmayaraq, Beynəlxalq Cenevrə konvensiysında mülki şəxslərin müdafiəsi haqqında qanuna baxmayaraq hələ də erməni terroru, erməni vandalizmi davam etməkdədir. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu ölkələrinə göndərilən bütün bəyanatlar cavabsız qalmış və məsələyə baxılmamışdır. Elə bunun nəticəsidir ki, müharibə bitdikdən sonra 27 Azərbaycan vətəndaşı xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşlar.

Qeyd edək ki, Ermənistan 10 noyabr aktından sonra törətdiyi terror aktları davam etməkdədir və ərazidə olan Rusiya sülhməramlıları məsələyə birtərəfli yanaşmaqdadır. Qeyd olunan fikirlərə əsaslanaraq YYP bəyan edir ki, 10 noyabr razılaşmasından imtina etmək haqqı bizdə yaranıb və bununla bağlı siyasi rəhbərlik diplomatik addımlar atmaq üçün dərhal hərəkətə keçməli, Azərbaycan tərəfi ermənilərin cavabını anındaca kəskin şəkildə verməlidir.!

Son olaraq terror nəticəsində həlak olan vətəndaşlarımızın ailəsinə baş sağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …