Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / 10 manatı olan şirkətlər Bakıda milyonluq evlər tikir: – Sakinlərə “ehtiyatlı olun” XƏBƏRDARLIĞI

10 manatı olan şirkətlər Bakıda milyonluq evlər tikir: – Sakinlərə “ehtiyatlı olun” XƏBƏRDARLIĞI

“Tikinti bazarında nizamnamə kapitalı 10 manat olan xeyli şirkət peyda olub. Təbii ki, istisnasız olaraq oliqarxların şirkətləridir. Bu, öz yerində”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qadir İbrahimli deyib.

Q.İbrahimli hesab edir ki, müqaviləyə dövlət zəmanəti olmadığı üçün problemlər yaranır: “

Məsələ bundadır ki, həmin şirkətlər dövlət proqramlarında nəzərdə tutulan söküntü layihələrinə cəlb edilib – vətəndaşlarla müqavilə imzalayır ki, söküləcək evin yerində tikiləcək çoxmərtəbəli binada daha böyük ölçülü evlə təmin olunacaq. Müqaviləyə dövlət zəmanəti yoxdur. Bu da xeyli şübhələrə yol açır:

1. Şirkət hansı əsasla dövlət layihəsinə cəlb edilib? Tender olubmu? Axı bu tip layihələrdə iştirak tender yolu ilə müəyyən edilməlidir.
2. 16 mərtəbəli binaların tikintisi və təmiri 2 ilə yekunlaşa bilməz. Burada söhbət tikinti şirkətinin maliyyə imkanlarından yox, tikinti qaydalarından gedir.
3. Niyə bu müqavilədə dövlət qurumları təminatçı kimi iştirak etmir?
4. Bu yaxınlarda Prezident Adminstrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Bakıda vətəndaşların kütləvi şikayətinə səbəb olan şirkətlərin sayını açıqlayıb. Bu məsələdə 36 şirkətin adı keçir. Kim təminat verir ki, yeni şikətlər də dələduz çıxmayacaq?
5. 10 manat nizamnamə kapitalı olan şirkət milyonluq layihəni hansı mənbə hesabına inşa edəcək?
6. Niyə tikinti layihələri artıq ixtisaslaşmış “Kristal Abşeron”, “Akkord”, Gilan kimi şirkətlərə yox, yeni qeydiyyatdan keçmiş MMC-lərə həvalə edilib? Evləri sökülən vətəndaşlar bu məsələdə ehtiyatlı olmalı və dövlət təminatı tələb etməlidirlər. Əks halda dələduz şirkətlərin qurbanına çevrilə bilərlər və bu ehtimal çox realdır!”

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …