Bazar ertəsi , May 27 2019
Ana səhifə / Aktual / 1 saylı Körpələr Evinin baş həkimi işdən çıxarıldı- Yetimlərin malını oğradığına görə

1 saylı Körpələr Evinin baş həkimi işdən çıxarıldı- Yetimlərin malını oğradığına görə

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Bu barədə yayılan məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Open.az saytına təsdiqləyib.

Onun sözlərinə görə, araşdırma aparılır: “Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. Bir müddət əvvəl açıqlama vermişdik, amma yenidən araşdırırıq. Bu, elə məsələdir ki, özbaşına buraxmırıq”.

1 saylı Körpələr Evindən Axar.az-a bildirildi ki, N.Əliyevanın işdən çıxarılması ilə bağlı onlarda heç bir məlumat yoxdur:

“Nəhayət xanım dünəndən işə gəlmir, səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini iddia etmişdi. Videoda körpələr evinin işçilərinin valideyn himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük torbaları “Prado” markalı maşına daşıdığı əks olunurdu.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur – Video

2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya …