Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “1 aydan çoxdur valideyn komitəsi yalvarır ki…” – Sumqayıt Təbiət Elmləri Gimnaziyası haqqında ilginc iddia

“1 aydan çoxdur valideyn komitəsi yalvarır ki…” – Sumqayıt Təbiət Elmləri Gimnaziyası haqqında ilginc iddia

Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasından Moderator.az-a şikayət məktubu daxil olub. Məktub müəllifləri iddialarının sübutu kimi bir neçə səs yazısı da göndəriblər:
“Sumqayıt şəhər TET Gimnaziyasının (Təbiət Elmləri Gimnaziya) direktoru Nizami Əhmədovun qanunsuz pulyığıma əməliyyatı bitmək bilmir. Direktor il boyu fondpulu adına valideynlərdən pul yığır. Guya bu yardımı valideynlər öz istəyi ilə edir. Hətta onlara guya könüllü verirmişlər kimi ərizə yazdırırlar. Amma vəziyyət elə qurulub ki, pulu verməyənlər və ya direktorun istədiyi məbləği verməyənlər  direktorun dırnaqarası qara siyahısına düşür. Qara siyahıya düşmüş şagirdlər əlaçı olsalar, yaxşı oxusalar  belə direktor və müəllimlər tərəfindən sıxma-boğmaya salınır. Onların hüquqları pozulur, qiymətləri qəsdən aşağı salınır. Şagirdlərə müəllimlər tərəfindən zorakılıq edilir. Valideynlərin çoxu “ağrımaz başım deyib” pul göndərirlər, istəmirlər ki, uşaqları incidilsin, o səbəbdən də qulcasına direktorun dediklərinə, valideyn komitələrinin yığdıqlarına susurlar. Bəzisi isə etiraz əlaməti olaraq pul vermirlər. Onda da onların uşaqları müəllimlər tərəfindən qəddarcasına sıxışdırılır. Uşaqlar hamısı gərgin və qorxu şəraitində məktəbə gedirlər. Direktor məktəbdə qestapo rejimi yaradıb. Bu səs yazısı Təhsil Nazirliyinin xüsusi nəzarətində olan Gimnaziyanın X sinifinin valideyn komitəsi tərəfindən Vatsapda valideynlərə söylənib. 1 aydan çoxdur ki, valideynlərə çağırış edən valideyn komitəsi, yalvarır ki, verməyənlər tezliklə pul versin. Yoxsa direktor Nizami Əhmədovun siyahısına düşəcək”
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini olduğu kimi təqdim etməyə hazırıq.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …