Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual /  Aydın Əliyev karqo şirkətlərinə xəbərdarlıq edib – “Binə”yə mal getməyəcək

 Aydın Əliyev karqo şirkətlərinə xəbərdarlıq edib – “Binə”yə mal getməyəcək

Dövlət gömrük komitəsinin rəhbəri Aydın Əliyevlə “Binə” ticarət mərkəzinin rəhbəri arasında karqo şirkətlərinə görə yaranan gərginlik davam edir. AzEuroNews.com xəbər verir ki, artıq 6 aydan çoxdur ki, “Binə” ticarət mərkəzinə xaricdən mal gətirən karqo şirkətlərinə aid yük maşınları sərhəd-keçid məntəqələrində süni maniələrlə üzləşirlər.

“Binə” çalışanlarından redaksiyamıza verilən məlumata görə, gömrükdə “Binə”yə gedən mallar üçün ayrıca rüsum təyin ediblər: “Türkiyədən qış geyimləri sifariş vermişik. Az qala yaz gələcək amma, bizim mallar hələ də gəlib çıxmayıb. Karqo şirkəti ilə əlaqə saxlamışıq, deyirlər ki, bizlik bir şey yoxdur gömrük maşınlarımızı buraxmır. Karqo şirkətlərinin malın çəkisinə görə konkret qiymət tələb olur. Amma, gömrükdə TIR-ların buraxılmaması onları da məcbur edir ki, qiymət dəyişikliyi etsinlər. Bu zaman da bizə sərf eləmir. Qısacası üzü astarından baha çıxır. Bu vəziyyət nə vaxta kimi belə davam edəcək onu da bilmirik”.

► “Aydın Əliyev və Kəbirə Məmmədova anlaşa bilmirlər”

Bazar çalışanlarınıın sözlərinə görə, problemin kökündə gömrük komitəsinin rəisi Aydın Əliyevlə bazar rəhbəri Kəbirə Məmmədovanın hələ də anlaşa bilməməsidir. Hətta bəziləri deyir ki, Aydın Əliyev “Binə” bazarına mal getməyəcəyi ilə bağlı göstəriş verib: “”Binə” bazarı 3-5 karqo şirkəti ilə işləyir. Onlar da Kəbirə xanımın bir neçə nəfərlə qurduğu ortaq şirkətlərdir. Biz də bu bazarda işlədiyimiz üçün başqa karqo şirkəti ilə müqavilə bağlaya bilmirik. Karqo böhranının yaşandığı bu ərəfədə bazardakı alverçilərdən bir neçəsi malı “Sədərək” ticarət mərkəzinə sifarilş verib gedib orda gətirdilər. K.Məmmədova bunu eşidən kimi həmin mağazaların bazara olan borcunu tələb etdi. Türkiyə və İrandan mal gəlməyəndən sonra biz nə sataq? Sezon malı 3-4 ay sonra gəlib çıxırsa bu kimə lazımdır? Qışda 20 manata satacağımız paltarı sezon bitdiyindən 5 manata qoyuruq, onu da alan da olmur”.

► “Polar Kargo” və “Şah Kargo” şirkətləri sifarişləri niyə qəbul etmir ?

“Türkiyədən karqo daşımaları həyata keçirən şirkətlər yüklərin Azərbaycana daşınması üzrə sifarişləri qəbul etmirlər”. Bunu “Marja”ya “Binə” ticarət mərkəzində topdansatış ilə məşğul olan mağazanın sahibi bildirib.

“Bütün karqolar İstanbulda mal qəbul etmirlər. Bir aydan çoxdur mal gətirə bilmirik. Azərbaycana karqo daşımaları ilə məşğul olan ən böyük şirkətlər “Polar Kargo” və “Şah Kargo” şirkətləridir. Bu şirkətlər də mal qəbul etmirlər. İlk öncə 1 kq mal üçün 5 dollar ödəniş istədilər, sonrdan sifarişdən imtina edib malları gətirə bilməyəcəklərini dedilər”.

Sahibkar bildirir ki, gəzən şaiyəyə görə, bazarda hər kəs malı öz adına gətirməli və gömrük rəsmiləşdirilməsini də özü həyata keçirməlidir: “Belə olan halda 36% vergi alınacaq və əlavə daşıma üçün də ödəniş etməliyik. Bu hal baş verərsə birinci bazar özü qanuni vergiləri ödəməlidir. Çünki bazar sahibkarlara ödədikləri pul qarşılığında heç bir sənəd təqdim etmir”.

Digər bir fiziki şəxs “Marja”ya yazıb: “Problem davam edir. “Polar Kargo”dan gözlədiyim karqonu 28 gündür ala bilmirəm. Şirkətə dəfələrlə müraciət etmişəm. Mənə şirkətdən “TIR-larımız hamısı gömrükdədir, çıxarda bilmirik” cavabını verirlər. Fərdi olaraq verdiyim sifariş 28 gündür gömrükdədir. Gözləyən tək məştəri mən deyiləm. Nə vaxt mallarımızı ala biləcəyimiz barədə də bir tarix demirər”.

Məsələ ilə əlaqədar sayt “Şah Kargo” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən öncə “Rəhbərliyin qərarını gözləyirik” şəkilində cavab verilsə də, daha sonra telefonu alan digər bir şəxs “Heç bir problem yoxdur, əvvəki qiymətlər ilə və qaydada sifarişləri qəbul edirik”- deyə bildirib.

Bir müddət əvvəl Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən “Polar Kargo” şirkətindən “Marja”ya bildirilmişdi ki, Azərbaycan gömrüyü gömrük rəsmiləşdirilməsi üçün yeni qaydada ödənişlər tələb edir. Bu səbəbdən karqo qiymətlərinin qalxacağı gözlənilir.

Qeyd edək ki, karqo daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu fəaliyyətin qanunsuz olduğunu bildirənlər də var.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …