Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual /  Abid Şərifovun səhhəti yenidən PİSLƏŞDİ – FOTO

 Abid Şərifovun səhhəti yenidən PİSLƏŞDİ – FOTO

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.

Unikal.org-un əldə etdiyi məlumata görə, səhhətində problem yaranan A.Şərifov paytaxta yerləşən xəstəxanalardan birinə müraciət edib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən sabiq baş nazirin müavini hansı xəstəxanada olduğu barədə məlumat verməsə də, həkimdə olduğunu təsdiqləyib. O, bildirib ki, müayinə olunduğu üçün çox danışa bilmir.

Qeyd edək ki, 79 yaşlı Abid Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …