Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Əziz Əzizovun gedişindən sonra Cəlilabadı kim idarə edir?

Əziz Əzizovun gedişindən sonra Cəlilabadı kim idarə edir?

Xəbər verdiyimiz kimi, fevral ayının 2-də prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək onu Yasamala eyni vəzifəyə təyin edib.
Azinforum.az-ın  məlumatına görə, İcra Hakimiyyətindən unikal.org-a bildirilib ki, Əziz Əzizov artıq kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.
Cəlilabad rayon İcra Hakimiyyətindən isə deyilib ki, rayonda icra başçısı vəzifəsinin icrası başçının birinci müavini Dövlətov Vidadi Sənan oğluna tapşırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …