Ana səhifə / Aktual / Əxlaqsızlıq yuvası saxlayanları hansı cəza gözləyir?

Əxlaqsızlıq yuvası saxlayanları hansı cəza gözləyir?

Vətəndaşlara hüquqi yardım layihəsini davam etdiririk.

Mənzilini əxlaqsızlıq yuvasına çevirənləri hansı cəza gözləyir?

Femida.az Cinayət Məcəlləsinə istinadən xəbər verir ki, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəzalar müəyyən edilib. Məcəllənin 244-cü maddəsində qeyd olunur ki, bu əməllərlə məşğul olan şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər təkrarən törədildikdə cəzası daha böyükdür.

Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə — üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …