Ana səhifə / Aktual / Ərşad Əzimzadə xəstələrə baxmaqdan İMTİNA ETDİ: “Daha məsləhət verməyəcəm”

Ərşad Əzimzadə xəstələrə baxmaqdan İMTİNA ETDİ: “Daha məsləhət verməyəcəm”

Tanınmış təbib,  “Ana Təbiət” Natural Gigiyena mərkəzinin rəhbəri, azıçı-jurnalist Ərşad Əzimzadə bundan sonra ona müraciət edən xəsətələti qəbul etməyəcəyini bildirib.
Ə.Əzimzadə bunu yeni əsərlər üzərində işləmək istəməsilə əlaqələndirib:
“Hər gün onlarla adam mənimlə görüşmək və məsləhət almaq üçün müraciət edir. Məlumat üçün deyim ki, mən daha işləmirəm və xəstələrə məsləhət vermirəm. Bu qənaətə gəlmişəm ki, XƏSTƏ YALNIZ ÖZÜ ÖZÜNÜN HƏKİMİ OLANDA SAĞALIR.
Məsləhətə gəlincə, onu deməliyəm ki, yazdığım 5 kitabda çox dolğun və ətraflı məsləhətlər vermişəm. Kitablardan əlavə, xeyli müddət bir yerdə işlədiyim istedadlı fitoterapevt SADIQ SALAMOV məni tam əvəz edə bilər.
Mən isə, icazənizlə, yeni əsərlər üzərində çalşımağa davam edim ki, topladığım bilik hamısını xalqıma tam çatdıra bilim”. (modern.az)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …