Ana səhifə / Əri Rəqsanəyə restoran bağışladı – MOSKVADA

Əri Rəqsanəyə restoran bağışladı – MOSKVADA

Yaradıcılığına xeyli vaxtdır fasilə verən müğənni Rəqsanə sükutu pozmağa hazırlaşır.

Lent.az xəbər verir ki, o, yaxın günlərdə kliplərini, yeni albomunu və konsert proqramını təqdim edəcək. Eyni zamanda, mayın 25-də doğum günü olacaq Rəqsanə üçün Bakıda təmtəraqlı məclis təşkil ediləcək.

“Bir müddətdir, Moskvadayam, ailəmlə burda yaşayırıq. Burada restoran açırıq. Bir müddət onun hazırlıqları ilə məşğul oldum. Təmir işləri uzandığından açılışı sentyabr ayına qədər yubadırıq. Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini həmin restorana konsert proqramı ilə dəvət etməyi düşünürəm. Qeyd edim ki, restoran yoldaşımdan mənə hədiyyədir. Sənət adamı olduğum üçün mənə onun hədiyyəsi restoran oldu. Bu, tək biznes məqsədi ilə açılmır. Ulduzların birgə çıxışı, gecələrin təşkili, maraqlı şou proqramlar nəzərdə tuturuq. Yaxın günlərdə Bakıya gəlib, yeni xəbərlərim barədə ətraflı məlumat verəcəm”.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın