Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Ərdoğan ona silah satmayan ABŞ-a qəzəbləndi – “Terrorçulara pulsuz verirsiz”

Ərdoğan ona silah satmayan ABŞ-a qəzəbləndi – “Terrorçulara pulsuz verirsiz”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mühafizəçilərinə silah satmaqdan imtian edən ABŞ-ı sərt tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, Ərdoğan ABŞ-ı rəsmi Ankaranın terror təşkilatı hesab etdiyi Suriya kürdlərinin özünümüdafiə qüvvələrini pulsuz silahlandırmaqda ittiham edib:
“Əgər biz ABŞ-dan silah ala bilmiriksə, niyə görə o silahlar pulsuz olaraq Suriyadakı terrorçulara verilir?”
Qeyd edək ki, prezident Donald Trampın administrasiyası Ərdoğanın mühafizəçilərinin davranışına cavab olaraq 1,2 milyon dollara silah satışını ləğv edib. Belə ki, mayda Türkiyə dövlət başçısının ABŞ-a səfəri zamanı Ərdoğanın mühafizəçiləri ilə Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz edənlər arasında qarşıdurma baş vermişdi. Ərdoğanın cangüdənlərinin nümayişçiləri döyməsini şəxsən izləməsi ABŞ tərəfinin qəzəbinə səbəb olmuşdu.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın