Ana səhifə / Ərəb ölkələrindən FİFA-ya çağırış

Ərəb ölkələrindən FİFA-ya çağırış

Altı ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb.

APA-nın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.

Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.

Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

Onu da xatırladaq ki, 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın