Ana səhifə / Aktual / Ərəb bloggerin Bakıdan qalmaqallı reportajı etiraz doğurdu

Ərəb bloggerin Bakıdan qalmaqallı reportajı etiraz doğurdu

8 min ərəbin ölkəmizdə SPİD-ə yoluxması məlumatı nə qədər doğru ola bilər?

Ərəb blogger Ali Əthabın Azərbaycana gələn ərəb turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük  səs-küyə səbəb olub. Belə ki, bir çox İraq telekanallarında yayımlanan və səs-küy yaradan reportajda blogger qeyd edib ki, Bakıya gəlişinin səbəbi burada ərəb turistlərin ölüm səbəbini araşdırmaqdır. Blogger Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab reportajında qeyd edib ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS xəstəliyinə tutulur. O, digər qalmaqallı iddia ilə də çıxış edərək bildirib ki, guya Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub.

Картинки по запросу Ərəb blogger  reportaj

Beləliklə, qalmaqallı reportaj bir çox suallar ortaya çıxarıb. 8 min ərəbin SPİD xəstəliyinə tutulması ehtimalı nə qədər əsaslı ola bilər? Rəsmi orqanlar bloggerin hazırladığı bu reportajla bağlı hər hansı araşdırma aparmağı düşünürmü?

İlk öncə qeyd edək ki, son iki ildə ölkəmizə gələn bir neçə ərəb bu və ya digər səbəbdən dünyasını dəyişib. Azərbaycan mətbuatında da bu məsələ bir neçə dəfə müzakirə edilib. Ekspertlər qeyd edir ki,  ərəblər spirtli içki mədəniyyəti olmadığı üçün bəzən “doza”nı aşaraq həyatlarını təhlükəyə qoyurlar. Bundan başqa, fərqli qidalanma, ağır çəki, bununla paralel çox yeyib, az hərəkət etmənin də fəsadları özünü göstərir. Həmçinin cinsi gücü artıran dərmanların spirtli içkilərlə birgə qəbulu da bir çox hallarda faciəvi nəticəyə gətirib çıxara bilir.

Картинки по запросу Ərəb blogger  reportaj

Ümumiyyətlə, ərəb turistlərin əxlaqsız, xoşagəlməz, qıcıq yaradan davranışları ilə bağlı da vaxtaşırı məlumatlar yayılır. Turizm agentliyində çalışan şəxslər də mətbuata açıqlamasında bildirirlər ki, ərəb turistləri bir qayda olaraq Bakıda və əyalətdə olan intim xidmət göstərən məkanların adlarını istəyirlər. Qeyd olunur ki, ərəblərin ilk tələbi intim xidmət göstərən yerlərə getmək olur. Onlar əsasən rus və ukraynalı xanımlarla tanış olmaq istəyirlər. Hətta ailəsi ilə birgə gələn ərəblər də bu cür istəkdə olurlar. Təbii ki, bu vəziyyətdə SPİD və bu kimi yoluxucu xəstəliklərin yayılması ehtimalı qaçılmaz olur.

Tez bir zamanda 8 min ərəbdə SPİD xəstəliyinin aşkar edilməsi məsələsinə gəldikdə isə tibb professoru Adil Qeybulla məsələyə bu cür aydınlıq gətirdi: “SPİD virusu bir sıra virus qrupuna aiddir. Bu virus bədənə oturur və qanda, orqanizmin müxtəlif yerlərində aşkar edilir, o cümlədən ağız yolunda, uşaqlıq yolunda və sairə. Virusa yoluxmanın müxtəlif formaları var. Virusa yoluxduqdan təxminən 1 ay sonra qanda çoxalır. Lakin bir ayda bu məsələ aşkarlanmır. Çünki bunun üçün azı 3 aya qədər vaxt lazım gəlir. Yoxlanma zamanı virusun çıxmaması hələ ona yoluxmadığını göstərmir”.

Картинки по запросу Adil Qeybulla

Həkim qeyd etdi ki, qəsdən başqasını bu virusa yoluxdurmaq cinayət hesab olunur: “Virusun yayılmaması üçün müxtəlif müalicə üsulları aparılsa da, xəstəliyi tam olaraq aradan qaldırmaq mümkün deyil. Bu səbəbdən qəsdən başqasını bu virusa yoluxdurmaq cinayət hesab olunur. Bunun üçün də diqqətli olmaq lazımdır”.

Adil Qeybulla son vaxtlar ölkəmizdə bu xəstəliyin geniş yayılmasına da şərh bildirib: “Bu, Azərbaycan əhalisinin miqrasiyası ilə bağlıdır. Bilirik ki, milyonlarla insan Rusiyaya və digər ölkələrə axışır. Beləliklə, ölkəyə giriş-çıxış artdıqda virusun yayılması da genişlənir.

Virus əsasən qanla yoluxur. O cümlədən anada virus olarsa onun dünyaya gətirdiyi körpəsində də virusun aşkarlanması qaçılmaz olur.  Xəstəliyə yoluxmamaq üçün bir çox məsələlərə, o cümlədən şəxsi gigiyenaya diqqət etmək lazımdır”.

Похожее изображение

Beləliklə, SPİD xəstəliyinə yoluxduqdan sonra hətta uzun illər onun əlaməti müşahidə edilməyə, insan özünü yaxşı hiss edə bilər. Hətta bəzi hallarda bu virusa yoluxmuş şəxsin 8 yaxud 10 il arası bu xəstəliyə tutulduğu aşkarlanmaya bilir. Yoluxma baş verdikdən ən azı 3 ay sonra aparılan ELİSA testləri ən doğru nəticəni göstərir. Ərəb turistlərin hələ öz ölkələrində bu xəstəliyə yoluxub, Azərbaycana gəlməsi ehtimalına gəldikdə isə Dövlət Gömrük Komitəsi bundan əvvəl bu mövzu ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirmişdi ki, bütün sərhəd-gömrük keçid məntəqələrində quraşdırılan xüsusi termovizorlar vasitəsilə ölkənin gömrük ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölçülür. Bədən temperaturu normadan artıq olan şəxslər dərhal müəyyən edilir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, artıq 2-3 ildir ki, ərəb ölkələrindən Azərbaycana kütləvi şəkildə turistlər gəlir. Son statistika da onu göstərir ki, bu il də Azərbaycana əsas turist axını ərəb ölkələrindən olub. Ərəblər əsasən Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərindən axışır. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər 5 nəfərindən 1-i Körfəz ölkələrindən olub.

Bəs ərəb turistlərin ölkəmizə axışdığı bir zamanda məlum reportaj Azərbaycan və onun imici üçün nə dərəcədə təhlükəlidir?

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə sualımızı cavanlandıraraq vurğuladı ki, ərəb bloggerin reportajını ciddiyə almaq olmaz: “Bloggerlər müxtəlif ölkələrdən müxtəlif reportajlar hazırlaya, informasiyalar yaya bilərlər. Bloggerlər göydən düşmə rəqəmlər də göstərə bilər və sairə. Biz bu cür məsələləri şərh etmirik”.

Картинки по запросу Kənan Quluzadə

Bununla belə, reportajın bir çox İraq televiziyalarında yayımlandığını nəzərə alsaq, onun məsələyə təsirsiz ötüşməyəcəyini də ehtimal etmək olar.

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bu məsələdə bir neçə məqama diqqət etmək lazımdır:

“İlk növbədə onu qeyd etmək lazımdır ki, ölkəmizdə hələ də turizm sektorunda vəziyyət kifayətedici deyil, burada bir sıra boşluqlar var və bununla bağlı işlər görülməlidir.

Əgər xaricilərin əlində belə bir faktlar var və hallanırsa, dərhal onları tənqid etməzdən əvvəl düşünməliyik ki, nə edək ki, ölkəmiz üçün bu cür imic qazanmayaq. Yəni özümüzdə də nöqsanlar axtarmalıyıq.

Bu da heç də gizlin deyil ki, ərəblərlə bizim aramızdakı münasibətləri korlamaq istəyən qüvvələr də var. Ola bilsin ki, ərəblər Bakıda, ölkəmizin digər bölgələrində xoşagəlməz davranışlar, natəmizlik nümayiş etdirirlər. Lakin bu cür məlumat və reportajlar da ərəb ölkələrində Azərbaycan haqqında neqativ hisslər yarada bilər.

Bütün bunlarla bağlı turizm agentlikləri işlər aparmalıdır. Ölkəyə gələn ərəblərlə söhbət aparılmalı, bizim adət-ənənəmiz, milli dəyərlərimiz barədə məlumatlar verilməlidir ki, onlar öz davranışları ilə ikrah hissi yaratmasınlar. Eyni zamanda gecə klubları və bu cür iaşə obyektləri diqqətə götürülməli, danışıqlar aparılmalıdır ki, təkcə qazanc barədə düşünülməsin. Hər bir turist Azərbaycana gələrkən onda ölkəmiz haqqında imic, fikir formalaşır. Elə etmək lazımdır ki, bu imicimiz ləkələnməsin”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …