Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏKZİB EDİR: “…heç bir əsası olmayan böhtandı” (ÖZƏL)

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏKZİB EDİR: “…heç bir əsası olmayan böhtandı” (ÖZƏL)

Bəzi KİV-lərdə Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibinə daxil edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçiləri uzun müddətdir ki, maaş almadıqları ilə bağlı məlumatlar yayılıb. Əyyub Həziyev  adlı şəxsin şikayəti əsasında hazırlanan həmin materialda qeyd edilir ki, bu ilin mart ayından başlayaraq işçilər komitədən maaş ala bilmir:

“Torpaq və Xəritəçəkmə Komitəsində 25 ilə yaxın işləmişəm. Bu ilin fevral ayının 5-də ölkə prezidentinin fərmanı ilə Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Bundan sonra biz demək olar ki, işdən azad olunduq. Bizə bildirdilər ki, zəng edərək bir-bir işçiləri yenidən çağıracaqlar. Doğrudur, bizi çağırdılar, lakin guya savadımızı yoxlamaq məqsədilə işçilərə qəsdən dolandırıcı suallar verib işdən yayındırmağa başladılar. Hətta bir işçimizə “Karl Marksın atası kimdir?” deyə sual verilib.

Bu günəcən idarəyə gedib-gəlirik, lakin nə iş, nə də maaş barəsində bizə məlumat verilmir. Bildirilir ki, yuxarıdan tapşrıq gəlincə bütün məsələlər öz həllini tapacaq. Hər birimizin ailəsi var və bizim maddi imkanımız sıfır vəziyyətindədir”.

Mövzu  ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilovla əlaqə saxladıq.

Komitə rəsmisi Azinforum.az-a açıqlamasında bildirdi ki, yayılan bu məlumatın heç bir əsası yoxdur: “ Hesab edirik ki, heç bir əsası olmayan bu tip məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsinin nüfuzunu aşağı salmaq məqsədini daşıyır. Biz təəssüf edirik ki, bəzi KİV-lər dəqiqləşdirilməmiş bu tip xəbərləri tirajlamaqla məşğuldur. Məlum olduğu kimi ölkə prezidentinin  fərmanı ilə Dövlət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onun müəyyən səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Bu səbəbdən də həmin prosesdə bir sıra qurumların təmsil olunduğu Ləğvetmə Komissiyası fəaliyyət göstərib. Ola bilər ki, aparılan struktur islahatları nəticəsində kimsə işsiz qalıb, ancaq bu, heç də təmsil olunduğum Komitənin işçilərinə əmək haqlarını ödəmədiyi anlamına gəlməməlidir. Biz bu tip xəbərləri heç bir əsası olmayan, böhtan kimi dəyərləndiririk. Nəzərinizə çatdırmaq istəyirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsininin tabeçiliyində olan bütün işçilər vaxtlı-vaxtında əmək haqlarını alır. Bir faktı da qeyd edim ki, bizim Komitənin heç bir əməkdaşı işçilərlə atestasiya məqsədi daşıyan sorğu-sualda iştirak etmir. Çünki, belə işlərin aparılması bizim səlahiyyətimizə aid deyil. Kimsə aparılan struktur islahatı nəticəsində ƏMDK-də təmsil olunmayıbsa, xahiş edirik bununla bağlı iradlarını Ləğvetmə Komissiyasına bildirsin”.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın