Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

Azərbaycan Vətən müharibəsi aparır. Hər kəs bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmalı olduğu halda, bəziləri dövlət qurumlarının başının müharibəyə qarışmasından istifadə edib iş adamlarına divan tutmaq işini daha da gücləndiriblər. Ən acınacaqlısı isə budur ki, özünü çoxbilmiş kimi aparanların fürsətdən yararlanma cəhdinə bəzi dövlət qurumları da dəstək verirlər. Həm də öz qoçuları vasitəsilə.

HürriyyətTV-nin hazırladığı “Əmlak qoçbaşısının məharəti” sərlövhəli video-reportaj da məhz bu fürsətgirlikdən bəhs edir:

“Əmlak Komitəsi”nin məharətli qoçbaşısı

Dünyanın ən qədim hərb alətlərindən biri qoçbaşıdır. Qədim zamanlarda uzun və düz ağac gövdələrindən və başı qoç başına oxşadığı üçün adını elə bu bənzərlikdən alan sözügedən hərb alətindən qala qapılarının sındırılması üçün istifadə olunurdu. Sonradan hərb alətləri təkmilləşdikcə, qoçbaşıların da dəmir formaları ortaya çıxdı. Müasir dövrümüzdə polis və hərbi strukturlar məhz bu dəmir qoçbaşılarla basqın etdikləri terror yuvalarının qapısını sındırmağa çalışırlar.

Analoqu olmayan ölkəmizdə isə son zamanlar postmodern (modernötəsi) qoçbaşılarından da istifadə olunur. Postmodern qoçbaşıları nə ağacdandır, nə dəmirdən. Qədim və müasir növlərindən fərqli olaraq, onların bir neçə tərəfindən daşınmasına fa ehtiyac yoxdur. Postmodern qoçbaşıları öz ayaqları ilə yeriyirlər. Hətta müasir insanlar kimi boğazlarına qalstuk belə asa bilirlər. Aparıldıqları obyektlərin qapısını qırmaları üçün hər hansı düyməyə basmağa da lüzum yoxdur. Sadəcə “qapını qır” əmrini vermək kifayətdir. Azərbaycanda bəzən onlara qısaldılmış adlarıyla qoçu da deyirlər.

Bəli, bəli, söhbət bir zamanlar Nəqliyyat Nazirliyi, indisə bir sıra dövlət qurumları tərəfindən istifadə olunan “qoçulardan” gedir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də bu cür qoçbaşılardan məharətlə istifadə edən qurumlardandır.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …