Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək cinayətdirsə…” – Deputat

“Əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək cinayətdirsə…” – Deputat

“2013-217-ci illər respublika üzrə 100 minə yaxın əlil artıb. Əlilliyin artması Bakı üzrə 20 mindir. Əlillik dərəcələrinin elektron qaydada verilməsi çox yaxşı oldu. Bu, elə tətbiq olunmalıdır ki, bu sahədə şəffaflıq olsun”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rauf Əliyev deyib.

“Əgər, doğrudan da, hansısa şəxs əlildirsə, ona əlillik dərəcəsi təyin edilməlidir. Biz buna nail olmalıyıq” – deyə, R.Əliyev əlavə edib.

Deputat Musa Quliyev də bu sahədə şəffaflığın olmasının vacibliyini vurğulayıb: “Əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək bir cinayətdirsə, əlil olan insana əlillik pensiyası təyin etməmək 5 qat cinayətdir. Biz bunun üzərində düşünməliyik. Şikayət daxil olur ki, onkoloji diaqnozla əllillik dərəcəsi təyin edilmir, təkrar müəyinəyə göndərilir, növbəti müayinə dövrünə qədər də həmin insan dünyasını dəyişir. Hətta elə hallar olur ki, bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyacı var. Normalda bu insana ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilməlidir. Tibbi sosial ekspert komissiyalarında çalışan həkimlərin ixtisaslarına baxılmalıdır, bəlkə də onların heç biri son 20 ildə ixtisas kurs keçməyiblər”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …