Ana səhifə / Aktual / ƏLİ ÖMƏROV: : “ƏLi KƏRİMLİNİ HƏBSDƏN MƏN AZAD ETMİŞƏM”

ƏLİ ÖMƏROV: : “ƏLi KƏRİMLİNİ HƏBSDƏN MƏN AZAD ETMİŞƏM”

Sabiq baş prokuror Əli Ömərov son günlər onun müxalifətin mitinqələrinə dəstək verməklə bağlı verdiyi açıqlama ətrafında yaranan ajiotaja  aydınlıq gətirib. Əli Ömərov xüsusilə də onun fikirlərinin jurnalistlər tərəfindən təhrif edilməsindən narahatlıq ifadə edib. Azinforum.az onun bu xüsusda səsləndirdiyi fikirləri təqdim edir:

\” Yazırlar ki, Əli Ömərov 1994-cü ildə baş prokuror vəzifəsində işləyərkən mitinq etmək istəyən AXC-nin qərargahından silah-sursat tapıldığını, buna görə cinayət işi açıldığını bəyan etmiş, dövlət televiziyasına bu mövzuda müsahibə vermişdi. Hətta o zaman AXC rəhbərlərindən olan Əli Kərimli həbs edilib təcridxanaya salınmışdı. İndi həmin adamın xalqı eyni təşkilatın mitinqinə çağırması, bir zamanlar həbs etdirdiyi şəxsə dəstək verməsi müxalifət cameəsində belə təəccüb və istehza doğurur.

Buna cavab olaraq bildirirəm ki, silah- sursatı prokurorluq  yox, Səbail rayon polis şöbəsi tapmışdır və o barədə istintaqı onlar aparırdı. Ümumiyyətlə o tip işlərlə (cinayətkarın tapılıb istintaqa təhfil verilməsi, silah sursatın aşkar olunaraq müsadirə olunması və s.) DİN məşğul olur. Prokurorluq orqanları isə sui-qəsdlər, rüşvətxorluq və s. ağır cinayətləri araşdırır. Mən isə Baş prokuror kimi məruzə edilən işin vacibliyini nəzərə alaraq TV-də çıxış etmişəm. Əli Kərimlini isə o məsələ ilə bağlı mən həbs etməmişəm, onu polis təcridxanaya salmışdır. Mən Əli Kərimlini həbs yox tam əksinə azad etmişəm. Əli Kərimli sağdı, ondan soruşa bilərsiniz. Əminəm ki, haqqı danmayan insandır və düzünü deyər. Bundan başqa bildirirəm ki, mən heç kimi heç bir mitinqə çağırmamışam. Bununla bağlı da məçburam ki, cavabımdan bir hissəni yenidən diqqətinizə catdıram:
BİR daha qeyd edirəm ki, QANUNİ şəkildə və KİMLİYİNDƏN asılı olmayaraq təşkil edilən mitinqləri dəstəkləyirəm və dəstəkləyəcəm\”.

Rövşən ƏLİ
Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın