Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Əli Kərimlinin sağ əli Vidadi İsgəndərlini qınadı, yerdən-yerə vurdu – FOTOFAKT

Əli Kərimlinin sağ əli Vidadi İsgəndərlini qınadı, yerdən-yerə vurdu – FOTOFAKT

Fransaya sığınan hüquq müdafiəçisi, sabiq məhbus Vidadi İsgəndərli son günlərdə sosial şəbəkələr və mətbuatın gündəmindən düşmür. Atasının qəbrinin təhqir olunmasından sonra bu şəxs tamam əndazədən çıxıb. Demək olar hər gün facebookda canlı yayıma çıxan V.İsgəndərli kimə gəldi təhqir yağdırır, hədəf seçdiyi şəxslərin, xüsusi ilə ölkə rəhbərliyinin ailələrinə belə dil uzatmaqdan çəkinmir. 

Sabiq məhbusun əsas hədəfindəkilər təkcə hakimiyyətin yuxarı pillələrində təmsil olunan şəxslər deyil, iqtidara müxalif olan bəzi tanınmış siyasətçilər də V.İsgəndərlinin söyüş maşınının hədəfinə çevriliblər. Burada əsas diqqətçəkən amil odur ki, ölkənin müxalif düşərgəsində yer alan əksər siyasi qurumların tərəfdarları, funksionerləri hüquq müdafiəçisini sərt şəkildə qınayır, başqalarının ailələrini dilə gətirməyin insanlığa sığmadığını bildirsələr də, yalnız bir siyasi düşərgə yaxasını kənara çəkir, hətta V.İsgəndərliyə dəstək belə verir. Bu siyasi qurum Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və əsasən, bu partiyadan ibarət olan Milli Şuradır. Əslində qalsa burada təəccüb ediləsi bir şey də yoxdur. Çünki Azərbaycan siyasətində bəlkə də yeganə siyasətçi Ə.Kərimlidir ki, müxalif olduğu hakimiyyəti kimliyindən asılı olmayaraq, kim hədəf seçirsə, dərhal onun yanında olur. Amma V.İsgəndərli məsələsində sual doğuran başqa hallar var və əslində qalsa, bu Kərimlinin növbəti özünü ifşasıdır. Belə ki, AXCP sədrinin V.İsgəndərli ilə əlaqələri əvvəllər heç də yaxşı olmayıb. Xüsusilə, son illərdə hüquq müdafiəçisi sosial şəbəkələrdə və mətbuatda dəfələrlə Kərimlini sərt şəkildə tənqid edib, onun ünvanına ağır ittihamlar səsləndirib. Amma nədənsə bunların hamısı son günlərdə unudulub, keçmiş məhbus AXCP liderinin “qəhrəmanına” çevrilib.
Ə.Kərimlinin sağ əllərindən sayılan və hazırda V.İsgəndərli kimi Fransada mühacir həyatı yaşayan AXCP funksioneri Natiq Ədilov özü də bilmədən Kərimlini ifşa edib. O, facebookda 2013-cü il martın 14-də paylaşdığı statusda keçmiş məhbusun

Ə.Kərimlinin onun telefon zəngini götürmədiyi üçün onun əleyhinə çıxış etdiyini xatırladıb və ona yazdığı cavabın screenini paylaşıb.

N.Ədilovun statusunu təqdim edirik: “Mənim təşkilatımı …(burda ağır söyüş var) Qüdrət Həsənquliyev 2 il maliyyələşdirib ki, Milli Şuraya, Əli Kərimliyə qarşı fəaliyyət göstərim”
(Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin açıqlamasından)

5 il əvvəl elə bu gün Natiq müəllim peyğəmbərcəsinə bu günləri görüb yazırdı. Screeni oxuyaq.

Bunu sadəcə facebook xatırlatdı deyə paylaşıram, həm də deyirəm ki, ey pulu çox dərrakəsi olmayan hakimiyyətdəkilər! İbrət alın, ibrət alın, ibrət alın. Bu qədər imkanınız varkən hər gün rəzil duruma düşürsünüz, bir düşünün indiki səlahiyyətləriniz əldən gedəndə, kürsünü itirəndə nə hallarla üzləşəcəksiniz.

P.S. Vidadi İsgəndərlinin yürütdüyü xətt nə olur olsun, onun ailə üzvlərinə və mərhum atasının məzarına qarşı törədilən vandalizmi bu gün də lənətləyirik, lənətləməliyik. Hakimiyyət bu cinayətin obyektiv araşdırmasın aparmayınca hamının onlardan şübhələnməyə haqqı var”.

N. Ədilovun beş öncəki statusunda bu sözlər yer alıb: “Vidadi İsgəndərlinin axşamkı açıqlamalarından dərhal hiss etdim ki, Vidadi bəy öz yalanları ilə xalqı çaşdırmağa çalışır. Əli bəyi tanıyanlar bilir ki, o belə sözlər danışan adam deyil. Çalışır ki, heç kimin xətrinə dəyməsin. Vidadi bəy arxayındır ki, Əli bəy ona cavab verməz, o səviyyəyə düşməz. Ona görə də, yalanın, şərin biri beş qəpik ağzına və ağlına gələni danışır. Əli bəy Vidadi bəyə bütün həbsdə olduğu müddətdə dəstək verən, həbsdən çıxandan gedib evində onunla görüşən adamdır. Hansı məntiqlə onunla telefonla danışmaq istəməsin? İndiyə qədər heç kimə demədiyi sözləri Vidadi bəyə desin? Bəs o zaman nə olub?

Siyasi tərəfini bilmirəm. Onu zaman keçdikcə biləcəyik. (Allah eləsin ki, Vidadi bəyin etdikləri sadəcə avantürist hərəkət olsun, altından daha ciddi mətləblər çıxmasın. Amma mübahisə üçün formal bəhanənin nə olacağı barədə mənim bir versiyam var. Xeyli adamlar bilir, bilməyənlər də bilsin. Şəxsən mənim Əli bəydə bəyəndiyim bir cəhət var. Heç kimə ərköyünlük etməyə imkan vermir. Özü haqqında çox yüksək fikrə düşmüş özündən razı yekəxanalara da, sadə insanlara da eyni münasibət göstərir. Heç kimi boynuna çıxarmır. Təəssüf ki, bizim cəmiyyətdə bir az əziyyət çəkəndən sonra hamının ona borclu olduğunu düşünmək, özünə imtiyazlar tələb etmək tendensiyası var. Mən də keçmiş siyasi məhbus olmuşam. Nə zamansa buna görə lovğalıq etmişəm? Heç çoxları mənim məhbus həyatı yaşadığımı bilmir. Kimsə fikirləşir ki, məhbus həyatı ona ömürlük şan-şöhrət verəcək və o da istədiyi şəri, böhtanı danışacaq, səhv edir. Təkcə onu xatırlayaq ki, Hafiz Hacıyev və Fərəc Quliyev də uzun illər siyasi məhbus həyatı yaşayıblar. İndiki durumlarına baxın. Əli bəy isə, belə haqsızlıqlarla çox üzləşib. Yel qayadan nə aparacaq?”.

Göründüyü kimi, bu iki şəxs arasında münasibətlər o qədər gərgin olub ki, AXCP sədri V.İsgəndərlinin telefon zəngini belə dəfələrlə götürməyib. Hətta hüquq müdafiəçisinin dili ilə desək, ona ağır cavab verib. İndi isə, qısa müddətdə aradakı buzlar əriyib, çünki V.İsgəndərli təhlükəsizliyinə əmin olduğundan Fransadan Azərbaycan hakimiyyətini, onun rəhbərliyində təmsil olunanları insanlıqdan kənar ifadələrlə təhqir edir, insana ən ağır gələn isə odur ki, təhqir etdiyi şəxslərin ailə üzvlərini də bu oyununa alət edir. Ə.Kərimli kimi siyasətçilər isə, buna dəstək verir…

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …