Ana səhifə / Aktual / “Əli İnsanovun yeganə amacı qisasdır” – Natiq Cəfərli

“Əli İnsanovun yeganə amacı qisasdır” – Natiq Cəfərli

“Real” partiyasının  icra katibi Natiq Cəfərli keçmiş nazir Əli İnsanovu tənqid edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Cəfərli müxalifətin seçki ilə bağlı tədbirində Ə.İnsanovun çıxışını qiymətləndirib:

“Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm, mövzu seçki olduğu üçün iştirak edirdim, onun çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür. Əli İnsanovun yeganə amacı qisasdır – başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz. Çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə “Avropa, ABŞ” desə, Qərb bunu dəstəkləyəcək. Düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə, ictimai dəstək qazanacaq. Mən məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm.

Əli müəllim çıxışında Norveçi misal çəkdi, örnək göstərdi, amma demədi ki, Norveç ona görə Norveç olub ki, tarixində oğru nazirlər, haqqı tapdalayan məmurlar olmayıb, Norveç ona görə Norveç olub ki, qonşuları İsveç, Danimarka və Finlandiyadır, daha Ermənistan, Rusiya və İran deyil”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …