Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Əli İnsanovun radikallığı gözlənilən idi” – Mirmahmud Mirəlioğlu

“Əli İnsanovun radikallığı gözlənilən idi” – Mirmahmud Mirəlioğlu

“Əli İnsanovun radikal çıxışı təbiidir və onun bu cür fikirlər səsləndirməsi gözlənilən idi. Həmçinin İnsanovun haqlı olduğunu düşünürəm. Çünki ona qarşı ikinci dəfə də həbsxanada yenidən məhkəmə keçirmişdilər”.

Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, adamların mövqelərinə, açıqlamalarına təbii yanaşmaq lazımdır:

“Əli İnsanov siyasətə gələcək, kimlər ona dəstək olacaq-olmayacaq – bu, hər kəsin şəxsi işidir. Bunu da təbii qarşılamalıyıq. Əli İnsanov özü öz seçimini edəcək, buna uyğun yəqin ki, adekvat cavablar alacaq. Digər tərəfdən düşünürəm ki, İnsanov bu məsələdə kifayət qədər suala yer qoymayan açıqlamalar verdi. Hər halda mən bu cür qəbul edirəm. Şərtlə danışmaq doğru deyil. Yaşayarıq, görərik. “Əli İnsanov siyasi mübarizəyə qoşulsa” kimi cümlələr qurmağa ehtiyac yoxdur. Seçim onundur. Digər məsələləri də zaman göstərəcək”.

Qeyd edək ki, ötən həftə prezidentin imzaladığı əfv sərəncam ilə keçmiş səhiyyə naziri Əli İnsanov da həbsdən azad oldu. O, həbsxana qapısındaca sərt açıqlamalar verdi və aktiv siyasətlə məşğul olacağını anons etdi.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …