Səhiyyə Nazirinin müavini Elsevər Ağayev səhiyyəni yox, turizm sahəsini dirçəldir.
Qlobal.az-ın
əldə etdiy məlumata görə 1999-cu ildən Səhiyyə nazirinin müavini
vəzifəsində işləyən Elsevər Ağayev nazirlikdə ən önəmli şəxs hesab
olunur. Son 20 ildə Səhiyyə nazirliyinin strukturunun idarə
edilməsindən, təyinatlardan, özəl klinikalara verilən lisenziyalardan
tutmuş nazirliyin sifarişçisi olduğu tenderlərə qədər bütün sahələri
Elsevər Ağayev bütünlüklə öz əlində cəmləşdirə bilib. Ölkəyə gətirilən
dərman preparatlarının və digər tibbi ləvazimatların da böyük hissəsinə
Elsəvər Ağayevin nəzarət etdiyi deyilir.
Qeyd
edək ki, hər il dövlət büdcəsindən dərman pereparatlarının, sarğı və
digər ləvazimatların, habelə inventarların alınmasına, tibb ocaqlarının
təmir edilməsinə və tikilməsinə yüz milyonlarla vəsait ayrılır.
Məlumatda qeyd olunur ki, nazir müavinin aylıq gəliri 10 milyon manatdan
çoxdur. O, əldə etdiyi kapitalı özünəməxsus formada qoruyub saxlaya,
inkişaf etdirə bilir. Belə ki, Elsevər Ağayev digər oliqarx məmurlardan
fərqli olaraq kapitalını ticarət mərkəzlərinə, restoranlara yox, şəxsi
mənzillərə, villalara yatırır.
İddia
olunur ki, hazırda Bakı və turizm zonası olan rayonlarda E. Ağayevə
məxsus fantastik sayda villa və mənzil var. Səhiyyə sistemindən kənar
şəxslərin idarə etdiyi bu mənzil və villalar ölkəyə gələn iş adamlarına,
turistlərə və ölkə universitetlərində təhsil alan xarici tələbələrə
kirayə verilir. “Son zamanlar Azərbaycanda turizm sahəsinin inkişaf
etməsi, ölkəyə çoxsaylı turistlərin gəlməsi “Mənzil baronu” Elsevər
Ağayevin biznesinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib”, – deyə
əldə etdiyimiz məlumatda bildirilir.
Həmçinin oxuyun
Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…
Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …