Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Əli Əsədov köməkçilərini işdən çıxardı

Əli Əsədov köməkçilərini işdən çıxardı

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb.

Bundan başqa, Ə.Əsədovun sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Qiyas oğlu Sarıcalinski və Natiq Həmdulla oğlu Əzizov tutduqları vəzifələrindən azad ediliblər .

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …