Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Əli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarı ləğv etdi

Əli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarı ləğv etdi

Nazirlər Kabineti “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarı ləğv edib.

Unikal.org xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477;2018, № 7 (II kitab), maddə 1657) ləğv olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair normalar o zamankı Baş Nazir Artur Rasi-zadənin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …