Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / ƏHƏD ABIYEV ERMƏNİSTAN ƏVƏZİNƏ KOLUMBİYANIN  BAYRAĞINI YUMRUQLAYIB – BİABIRÇILIQ ( FOTO)

ƏHƏD ABIYEV ERMƏNİSTAN ƏVƏZİNƏ KOLUMBİYANIN  BAYRAĞINI YUMRUQLAYIB – BİABIRÇILIQ ( FOTO)

Məlum olduğu kimi, hər il noyabrın 9-u  Azərbaycanda Bayraq Bayramı  günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycan dövləti tərəfindən rəsmi bayramlar sırasına daxil edilib, hətta bu tarix  ölkə səviyyəsində qeyri iş günü sayılır. Məlumat üçün bildirək ki, bu bayram gününə həsr olunan təntənəli mərasimlərdən biri də, Daşkəsən rayonunda keçirilib.

 Rayon icra hakimiyyəti tərəfindən bəzi KİV-lərə, həmçinin bizim sayta bayram tədbirilə bağlı press-reliz və ona əlavə edilən fotolar və videomaterial göndərilib. Həmin materiallardan görünür ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev   hansısa ölkənin bayrağı formasına salınan bir materiala yumruq zərbəsi vurur və onu sındırır. Rayon icra hakimiyyəti həmin səhnəni “Əhəd Abıyevin erməni bayrağını çilik-çilik etdi” kimi  təqdim edib.

İcra hakimiyyətinin tədbirdən göndərdiyi press- relizi olduğu kimi dərc edən ilk sayt biz olduq. Ancaq biz Əhəd Abıyevin sındırdığı əşyadakı rənglərin Ermənistan bayrağındakı rənglərlə fərqli olduğunu zənn etdiyimiz üçün, xəbəri “Əhəd Abıyevdən unkal hərəkət- bayrağı yumruqladı” başlığı  ilə təqdim etdik. Bəzi aparıcı KİV-lər isə Əhəd Abıyevin bu hərəkətini az qala qəhrəmanlıq kimi qələmə verərək, məlumatı “Əhəd Abıyev Ermənistan bayrağını sındırdı” başlığı ilə təqdim ediblər.

 

Azinforum.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Əhəd Abıyevin bayraq zənn edərək  yumruqladığı  əşyadakı simvolikanın Ermənistan atributuna heç bir aidiyyəti olmayıb. Qeyd edək ki, həmin simvolikalar Kolumbiya bayrağına aiddir. Biz əyalətlərdə fəaliyyət göstərən bəzi  icra başçılarının müxtəlif özfəliyyətləri nəticəsində  özlərini necə biabır etdiyinin dəfələrlə  şahidi olmuşuq.  Özünü “imperator” sayaraq, şagirdlərin gül çələngləri altından keçənlər belə medianın qınağına tuş gəldikdən sonra, vəzifəsilə vidalaşmalı olub. Hesab edirik ki, Əhəd Abıyevin buraxdığı  bu səhv onlardan heç də geri qlan deyil, əksinə daha qəbahətlidir.

P.S. Müqayəsə üçün, Ermənistan və Kolumbiya bayraqlarını təqdim edirik.

kol

erm

 

Rövşən ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın