Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Əgər mən Gorus-Qafan yolu ilə gedib sağ qayıtmışamsa deməli vəziyyət normaldır…”

“Əgər mən Gorus-Qafan yolu ilə gedib sağ qayıtmışamsa deməli vəziyyət normaldır…”

Bu gün Yerevanda, Ermənistanın əslində mövcud olmayan “müstəqilliyinin” 30 illiyinin qeyd olunması mərasimlərində jurnalistlər Baş qərargah rəisi Artak Davtyanı haqlayıblar və ondan son günlər gündəmdə olan əsas mövzu – Gorus-Qafan yolunun Azərbaycan hissəsindəki vəziyyət barədə soruşublar.

Davtyan əvvəlcə pafoslu sözlər deyib, bildirib ki, o erməni xalqının və Ermənistanın indiki vəziyyətdən çıxacağına, “uğrunda bu qədər mübarizə aparılmağa dəyəcək ölkə quracağına” əmindir. Amma bildirib ki, bu yolda hələ çox iş görülməlidir.

Bu vaxt jurnalistlər soruşublar: Baş qərargah rəisi arzu etdiyi həmin ölkənin qurulması üçün hansı ilkin şərtləri görür, bir halda ki, Ermənistan vətəndaşları Sünik vilayətinə (Zəngəzur) gedib-gələndə öz təhlükəsizliklərindən əmin deyillər.

Davtyan isə deyib ki, Zəngəzura gedib-gəlməkdə heç bir problem görmür. “Mən özüm də Gorus-Qafan yolundan keçmişəm və hər şey normal olub. Əgər mən bu yolla gedib qayıtmışamsa deməli hər şey normaldır”, – general Davtyan belə deyib. Baş qərargah rəisi jurnalistlərin bu mövzuda sonrakı suallarına cavab verməyərək uzaqlaşıb…

virtualaz.org

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …