Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək”

“Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək”

Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək. “Qafqazinfo” bildirir ki, bu barədə Ali Radada “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputat Lyudmila Marçenko “Ukrayna 24” telekanalının efirində bildirib.

“Ukrayna bu gün müxtəlif arenalarda Azərbaycanı dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir”, – deyə Marçenko bildirib.

Ukraynanın hərbi dəstək verməyə hazır olub-olmadığı barədə suala Marçenko belə cavab verib:

“Əminəm ki, əgər məsələ kəskinləşsə, Ukrayna yan keçməyəcək”.  

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …