Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Əfqan Muxtarlı yaxınlarının yasına buraxılacaq – Rəsmi icazə verildi

Əfqan Muxtarlı yaxınlarının yasına buraxılacaq – Rəsmi icazə verildi

Sabah həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxın qohumlarının 40 mərasimidir. Jurnalistin yas mərasimində iştirak etməsi üçün vəkili ərizə məktubu ilə müraciət edib. 

” Azinforum.az ”  Modern.az-a istinadən xəbər verir ki, Əfqan Muxtarlının yaxınlarının yas mərasimində iştirakı üçün etdiyi müraciətə baxılıb. Jurnalist sabah 3 gün müddətinə evə buraxılacaq.

Məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Muxtarlı həbsdə olarkən, onun yaxın qohumlarının evində-Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında faciə baş verib.

Belə ki, Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb. Həyatını itirən N.Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısının və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …