Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Əfqan Muxtarlı aclıq aksiyası keçirir? – Rəsmi açıqlama

Əfqan Muxtarlı aclıq aksiyası keçirir? – Rəsmi açıqlama

Həbsdə olan jurnalist Əfqan Muxtarlının aclıq aksiyasına başladığı bildirilir. Bu barədə onun adından yayılan bəyanatda qeyd olunub.

“Qafqazinfo” məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Mehman Sadıqov bildirib ki, noyabrın 22-dək Ə.Muxtarlının adından cəzaçəkmə müəssisəsi və PX-nın rəhbərliyinə aclıq aksiyası keçirməsi ilə bağlı müraciət daxil olmayıb: “Bu gün isə iş günün ilk saatları olduğundan hələ ki, bizdə bu barədə məlumat yoxdur. Əfqan Muxtarlının səhhəti normaldır, hər hansı bir narahatlıq yoxdur”.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir. Balakən rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdna məhrum edilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …