Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Əbülfəs Qarayev yeni yaradılan mərkəzə direktor təyin etdi – Asif Usubəliyev kimdir?

Əbülfəs Qarayev yeni yaradılan mərkəzə direktor təyin etdi – Asif Usubəliyev kimdir?

Mədəniyyət Nazirliyinin tabeliyində yeni yaradılan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyinə təyinat olub.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, mərkəzə siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev direktor təyin edilib.

Nazirliyin məlumatına görə, A.Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olub. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya ixtisasınə bitirib.

2000-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. O, 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olmuş və 2005-ci ildə müdafiə edərək Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun Aksiologiya şöbəsində başlamış, daha sonra 2006-ci ildən 2015-ci ilədək Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışmış və Elm sektorunun müdiri vəzifəsinə qədər yüksəlmişdir. Nazirliyin müvafiq əmri ilə 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunmuş və 2018-ci ilin sonunadək bu vəzifəni icra edib. Bununla yanaşı, o, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və Qərb Universitetində baş müəllim vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Milli Ordusunun ehtiyatda olan leytenant rütbəli zabitidir.

A.Usubəliyev bugünədək 500-dən çox elmi-analitik və publisistik məqalənin müəllifi olmuşdur. Bir çox yerli və beynəlxalq tədbirlərdə məruzəçi, təşkilat komitəsi və moderator kimi iştirak edib.

AMEA-nın Fəlsəfə İnstitutunun nəzdində fəaliyyət göstərən Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvüdür. Eyni zamanda, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, habelə bir çox elmi tədqiqat xarakterli yerli və beynəlxalq işçi qruplarının rəhbəri və üzvüdür.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …