Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / ƏƏSMN 11 və 14 yaşlı iki uşağın da əlillik təqaüdünü kəsdi: “O məmurların qarınları toxdur deyə acdan xəbərsizdirlər”

ƏƏSMN 11 və 14 yaşlı iki uşağın da əlillik təqaüdünü kəsdi: “O məmurların qarınları toxdur deyə acdan xəbərsizdirlər”

Laçın rayon qeydiyyatında olan Zərdab rayon Qaravəlli kəndində yaşayan Yusifova Gülnar Azər qızı Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

Mia.az-a daxil olan müraciətin surətində deyilir:

“Cənab Prezident yazaraq bir daha bildirmək istəyirəm ki, xəstə övladlarım 2007-ci il təvəllüdlü Yusifov Asif Etiraf oğlunun və 2010-cu il təvəllüdlü Yusifov Fərid Etiraf oğlunun haqqı olan əlilliyi TSEK tərəfindən səbəbsiz olaraq 2020-ci ilin iyul ayından etibarən ləğv edilmişdir.

Həmin ilin avqust ayında Psixi Sağlamlıq Mərkəzindən aldığımız sənədləri yenidən TSEK-ə təqdim etdik. Lakin sorğuya imtina cavabı gəldi və səbəb olaraq  bildirdilər ki, uşaqların epilepsiya tutmaları Forma_88-də göstərilməmişdir. Biz də onların tələb etdiyi sənədləri Uşaq Nevroloji Xəstəxanasından əldə edərək TSEK-ə təqdim etdik.Bu dəfə də imtina cavabı gəldi və səbəb kimi göstərdilər ki,10 gün müddətinə stasionar müalicəyə ehtiyac vardır.

 Mən xəstə övladlarımla birgə 12 mart 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Sonra isə Dövlət Tibbi Sosial Ekspertiziya komissiyasına getdim. Onlar 10 günlük stasionar müalicənin Forma_88-də göstərilməyi üçün Uşaq Nevroloji Xəstəxanasının həkimləri ilə əlaqə saxladılar. Oradan TSEK-ə bildirildi ki, “uşaqların psixi problemləri səbəbilə biz stasionar müalicə deyil, ev şəraitində ambulator müalicə yazmışıq. Səbəb isə bizim xəstəxanamızda o cür xəstələrin qalması üçün şəraitin olmamasıdır. Çünki məsələn o uşaqlar özlərinə xəsarət yetirsə və ya hündürlükdən özlərini aşağı atsalar biz cavabdehlik daşımalıyıq”.

 Sonra əlavə olaraq TSEK məndən 2021-ci ilin rəyini istədilər və mən Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Əsəb-Ruhi Dispanserindən onların istədikləri sənədləri əldə edərək yenidən TSEK-ə təqdim etdik.

 Cənab Prezident  nəzərinizə çatdırmaq istəyirəm ki,hazırda xəstə övladlarıma əlillik təyin edilib sosial müavinət verilməsi üçün iş TSEK-dədir.Lakin onlar yenidən əsassız bəhanələr edərək imtina cavabı verəcəklərindən çox qorxuram.Nə üçün övladlarımın haqqı olan əlilliyi bərpa etmirlər?Niyə hüquqlarımızı müdafiə edən Müvəkkil yoxdur?

Axı hər iki övladım xəstədir və xüsusən də yaşca böyük olan övladım daha ağır xəstədir. Onlar heç biri özlərini idarə edə bilmirlər. Tez-tez hişun itməsi,dilin qatlanması,dişin kilidlənməsi,gözlərin bir nöqtəyə dikilməsi halları ilə müşahidə olunan və 15-20 dəqiqə arası davam edən 4-5 dəfə təkrarlanan epileptiv tutmalar kifayət deyilmi?

Həmçinin əqli inkişafın olduqca aşağı səviyyədə olması da göz önündədir. Yuxarıda qeyd etdiyim bu xəstəliklər övladım Yusifov Asif Etiraf oğlunda daha çox müşahidə olunur. Əgər ona dərəcə ilə əlillik təyin olunsaydı, ədalətli yanaşma ilə ona mütləq 1-ci dərəcə düşərdi.Dediklərimi sübut etmək üçün obiyektiv araşdırma aparmağınız kifayətdir.

  Sizdən bir ana kimi çox xahiş edirəm, xəstə övladımın əlilliklə təmin olunması üçün bizə köməklik göstərəsiniz! Həqiqətən də maddi durumumuz çox aşağıdır. Hər ay uşaqlar müayinə və müalicə olunmalıdır. Lakin pulsuzluq səbəbindən heç nə edə bilmirik. TSEK-də oturan daş qəlbli o məmurlar özləri yüksək məbləğdə maaş alırlar, bahalı maşınları, böyük mənzilləri var, qarınları toxdur deyə acdan xəbərsizdirlər.

Ümid edirəm ki,Siz mənə yardım edəcəksiniz!Öncədən Sizə öz minnətdarlığımı bildirirəm!”.

P.S. Şikayətçi müraciətinə bütün sənədləri də əlavə edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …