Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual /  Naxçıvan-Bakı reysində OLAY – AZAL-ın təyyarəsi havada quşla toqquşub

 Naxçıvan-Bakı reysində OLAY – AZAL-ın təyyarəsi havada quşla toqquşub

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb. 

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …