Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual /  “Bakı Metropoliteni”nin keçmiş rəisi vəzifəsindən azad olundu – ZAUR HÜSEYNOVDAN ƏMR

 “Bakı Metropoliteni”nin keçmiş rəisi vəzifəsindən azad olundu – ZAUR HÜSEYNOVDAN ƏMR

“Bakı Metropoliteni” QSC-nin tikinti departamentinin rəisi İqor Xankişiyev vəzifəsindən azad edilib.
Azinforum.az unikal.org-a istinadən məlumat verir ki, İ.Xankişiyev yaş həddinə görə, vəzifəsindən azad olunması üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynova ərizə ilə müraciət edib.
QSC sədri onun ərizəsini qəbul edərək İqor Xankişiyevi vəzifəsindən azad edib.
QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev unikal.org-a faktı təsdiq edərək bildirib ki, İqor Xankişiyev yaş həddinə görə işindən öz ərizəsilə ayrılıb: “Uzun müddət isə metro tikintisində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilə qədər “Azərtunelmetrotikinti” ASC-nin sədr müavini, QSC yarandıqdan sonra isə tikinti departamentinin rəisi vəzifəsində çaılışıb. Gözəl insan və təcrübəli mütəxəssis olub”.
Qeyd edək ki, İqor Xankişiyevin 79 yaşı var və 1979-1987-ci illərdə “Bakı Metropolitenin”in rəisi vəzifəsində işləyib. 2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar Mühəndis» fəxri adına layiq görülüb, «Fəxri dəmiryolçu»dur.” “Bakı Metropolitenin”in 50 illik yubleyində prezidentin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …